Artıq
hər kəs iş tapmaq və ya işini itirməmək üçün xarici dil bilməyin nə qədər vacib
olduğunu bilir. Bəlkə də elə bu səbəbdəndir ki, bu gün dünyada ingilis dilini
ikinci dil kimi qəbul edənlərin sayı ana dilində təmiz danışanların sayından
çoxdur. Belə ki, elmi dilin yüzdə 70-i, informasiya dilinin 80-i, internet
dilinin 90-ı ingilis dilində aparılır. Bununla belə, alimlər xarici dildə
danışmaq üçün qrammatik qaydaların əzbərlənməsini heç də vacib saymırlar.
İstədiyiniz xarici dildə ən azından həmsöhbətinizə fikirlərinizi çatdıracaq
qədər bilmək üçün bir neçə məsləhətimiz var.
Unutmayın
xarici dil öyrənmək məqsəd deyil, sadəcə məqsədinizə çatmaq üçün bir vasitədir.
Ən
vacib şərt qərar verməkdir. Öyrənməyə bir sözlə də başlamaq olar.
Danışarkən
dildəki xırdalıqları unutmayın.
Nə
demək istədiyinizi dəfələrlə özünüzə təkrar edin. Cümlələr qurun.
Soruşmaqdan
və səhv etməkdən utanmayın.
Dil
öyrənməyi əyləncəli hala çevirin. Bunun üçün xarici dildə olan qəzet və ya
jurnala abunə olun.
Dildəki
ləhcə problemini aradan qaldırmaq üçün başa düşməsəniz belə, xarici dildə
qəzet, jurnal oxuyun.
İzlədiyiniz
xarici filmi başa düşməyə və ondan maksimum dərəcədə yararlanmağa çalışın.
Öyrənmək
istədiyiniz dildə günlük yazmağa, oxuduğunuz kitab və ya film haqqında
fikirlərinizi yazmağa çalışın.
Dostlarınızla
xarici dildə danışmağa çalışın.
Ətrafınızda
çoxlu xaricilər olan məkanlara gedin, imkan varsa, xarici kanallara baxın
(xüsusən seriallara).
Xarici
mahnılara qulaq asmağı unutmayın, çalışın lüğətdən az istifadə edəsiniz.
Dilinizi
inkişaf etdirmək üçün sadəcə kaset və disklərdən deyil, internetdəki dil
proqramlarından da istifadə edin.
İnanın
ki, bu məsləhətlərdən istifadə etsəniz, istəyinizə daha tez bir zamanda nail
ola biləcəksiniz.
Hiç yorum yok:
Yorum Gönder